SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Sabirabadlı gənc və istedadlı rəssamın Sakit Məmmədovla görüşü keçirildi
Mil-Muğan bölgəsinin gənc və istedadlı rəssamlarından biri – Məhəmməd – öz yaradıcılığında sürrealizm janrına üstünlük verir və uzun müddətdir ki axtarışdadır.
Onun ən böyük arzularından biri dünya şöhrətli rəssamımız Sakit Məmmədovla görüşmək, fikir mübadiləsi aparmaq idi. Bu arzunun gerçəkləşməsi üçün Məhəmmədin çəkdiyi əsərləri Sakit müəllimə təqdim etdim və xahiş etdim ki, gənc rəssamı qəbul etsin.
Sakit müəllim sıx qrafikinə baxmayaraq Məhəmmədi Bakıya dəvət etdi, muzeyində iki saata yaxın söhbət apardı və ona sənət yolunda çox dəyərli tövsiyələr verdi. O, Məhəmmədin əsərlərinə fərqli baxış bucaqları göstərərək, yaradıcılığında yeni üfüqlər açdı.
Bu böyük diqqət və qayğıya görə Sakit müəllimə təşəkkür edirəm.
Bu görüş Məhəmməd üçün güclü motivasiya oldu. O, yaxın zamanda Zəfər Günü ilə bağlı ən böyük kompozisiyalarından birinə başlayacaq. Biz də bu yolda ona həm gənc, həm də əməkdar rəssamlarla görüşlərinə dəstək olacağıq.
İstedadlı gənclərimizə dəstək olmaq – gələcəyin sənətini qurmaq deməkdir.